Futbol üzrə Albaniya çempionatında 4-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Eltun Turabovun formasını geyindiyi "Biliş" də növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda "Kukesi" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.
 
Eltun da bu görüşün iştirakçısı olub. Start heyətində meydana çıxan Turabov sonadək mübarizə aparıb.
 
Ardıcıl ikinci qələbəsini qazanan "Biliş" 4 turdan sonra 7 xalla 10 komanda arasında 4-cü pillədə qərarlaşıb.
 
Xatırladaq ki, Albaniya klubu Turabovu "Sabah"dan icarəyə götürüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest