Türkiyə PTT I liqasında XI turun oyunları davam edir. Matç.az saytının məlumatına görə, Azərbaycan millisinin sabiq üzvü Taşkın İlterin formasını geyindiyi "Afjet Afyonspor" səfər görüşünə çıxıb.

Komanda "Adana Dəmirspor"un qonağı olub. Mikael Potenin 6-cı dəqiqədə vurduğu qol matçda yeganə olub və "Adana Dəmirspor" qələbə qazanıb – 1:0. Start heyətində meydana daxil olan Taşkın 63-cü dəqiqədə baş məşqçi tərəfindən əvəzlənib. Bu nəticədən sonra "Afjet Afyonspor" 11 xalla turnir cədvəlinin 13-cü pilləsində yer alıb.

Qeyd edək ki, U-19 və U-21 yığmamızda çıxış etmiş 24 yaşlı Taşkın İlter 2013-cü ildə bir dəfə Berti Foqts tərəfindən əsas milliyə çağırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest