AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Neftçi"nin etirazını qismən qəbul edib. "Neftçi"nin məşqçisi Etibar Tarıverdiyev rəqibin baş məşqçisi Ayxan Abbasova əllə zərbə vurduğuna görə AFFA İntizam Komitəsinin qərarı ilə 20 oyunluq cəzalandırılmışdı.

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Neftçi"nin etirazını qismən qəbul edib. Matc.az xəbər verir ki, bu barədə məlumatı qurum rəsmi saytı vasitəsilə yayıb.

Məsələ burasındadı ki, Premyer Liqanın III turu çərçivəsində keçirilmiş "Neftçi" – "Sumqayıt" oyununun 90+4-cü dəqiqəsində "Neftçi"nin məşqçisi Etibar Tarıverdiyev rəqibin baş məşqçisi Ayxan Abbasova əllə zərbə vurduğuna görə AFFA İntizam Komitəsinin 3 sentyabr 2019-cu il tarixli qərarı ilə 20 oyunluq cəzalandırılmışdı.

Apellyasiya Arbitraj Tribunalı cəzanın 20 matçdan 10-a, kluba tətbiq olunan 16 min manatlıq cərimənin isə 8000-ə endirilməsini qərara alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest