Futbol üzrə Rusiya Premyer Liqasında 9-cu turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Moskva "Dinamo"su da növbəti matçına çıxıb. 
 
Sözügedən kollektiv doğma meydanda digər azərbaycanlı futbolçu Azər Əliyevin komandası - "Ufa"nı qəbul edib. Qarşılaşma qolsuz başa çatıb – 0:0.
 
Azərbaycanlı futbolçular bu oyunun iştirakçısı olmayıblar. Həm Ramil, həm də Azər sonadək ehtiyatda qalıb.
 
"Dinamo" hazırda 10 xalla 16 kollektiv arasında 11-ci, "Ufa" isə 11 xalla 9-cudu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest