"Orta sahə oyunçularına pressinqlə topu rəqibdən almaq və hücumları başlamaq tapşırığı verilmişdi. Bu, matçın ilk yarısında alındı. Qol imkanları yaratdıq, ikisindən istifadə etdik".

"Oyuna qələbə üçün çıxmışdıq. 3 xal çox vacib idi". Matç.az-ın "Qəbələ"nin rəsmi saytına istinadən məlumatına görə, bu sözləri komandanın baş məşqçisi Sənan Qurbanov deyib.

Topaz Premyer Liqasının X turunda "Sabah"ı qəbul edən "qırmızı-qaralar" 2:1 hesablı qələbə qazanıblar.

Oyunsonrası mətbuat konfransında 38 yaşlı mütəxəssis bu fikirləri səsləndirib: "Orta sahə oyunçularına pressinqlə topu rəqibdən almaq və hücumları başlamaq tapşırığı verilmişdi. Bu, matçın ilk yarısında alındı. Qol imkanları yaratdıq, ikisindən istifadə etdik. Hətta oyunun taleyini də həll edə bilərdik. Fasilədən sonra görüş rəqibin üstünlüyü şəraitində keçdi. İkinci hissədən narazı qaldım. Qarşılaşmanı təhlil edəcəyik. çalışacağıq ki, belə səhvləri təkrarlamayaq. Vacib olan 3 xalı qazandıq. Futbolçularımızı təbrik edirəm. Uğursuz oyunlardan sonra heyətdə dəyişikliklər etməliydik. Aqil Məmmədovla Ceyms Adeniyi məşqlərdə özlərini yaxşı tərəfdən göstərdilər. Aqil çox istəklidi, Ceymsdə adaptasiya prosesi uzun çəkdi. Artıq komandaya tam uyğunlaşıb. Oyunumuzu daha da yaxşılaşdırmağa çalışacağıq. Komandada rəqabət olmasını istəyirik. Bütün futbolçulara şans verməyə çalışırıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest