"Yuventus"un yarımmüdafiəçisi Paulo Dibala karyerasını İngiltərədə davam etdirə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Mançester Yunayted" argentinalı futbolçudan əl çəkmir.

Yay fasiləsində 26 yaşlı oyunçunu ala bilməyən "qırmızı şeytanlar" bunu yanvarda gerçəkləşdirməyə çalışacaq. "Yuve"də yeni baş məşqçi Mauritsio Sarri ulduz futbolçuya əsas heyətdə şans vermədiyindən, Dibala özü də komandasını dəyişmək niyyətindədi.

Qeyd edək ki, Paulo Dibala 2015-ci ildən "Yuventus"da çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest