17 Sentyabr 2019, 19:45
DİGƏR
18-27 sentyabr tarixlərində Tailandın Pattaya şəhərində keçiriləcək ağır atletika üzrə kişilər arasında 85-ci, qadınlar arasında 28-ci dünya çempionatında 105 ölkədən 734 atlet (395 kişi və 339 qadın) körpücük üzərinə çıxacaq. Matc.az xəbər verir ki, onların arasında Azərbaycan yığmasının 3 üzvü də var. Artıq onların çıxış qrafiki məlum olub.
Onunla aşağıda tanış ola bilərsiniz. Qeyd edək ki, çıxış vaxtları Bakı vaxtı ilə göstərilib:
1. Səbinə Əzimova (55 kq) - 19 sentyabr, 19:30
2. Boyanka Kostova (59 kq) - 21 sentyabr, 14:55
3. Nailxan Nəbiyev (96 kq) - 23 sentyabr, 19:30