Portuqaliya çempionatının 2-ci liqasında VIII turun oyunları keçirilir. Matç.az saytı xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Renat Dadaşovun şərəfini qoruduğu "Eştoril" səfərdə Gimaraynş "Vitoriya"sının B komandası ilə qarşılaşıb.

Görüş 1:1 hesabı ilə başa çatıb. Dadaşov matçın 80-ci dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, 8 oyunda 14 xal toplayan "Eştoril" 5-ci pillədə qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest