"Futbolda istənilən rəqiblə qarşılaşmaq asan deyil. Xüsusən də, səfər meydanında bu çox çətindi. Amma yenə də qələbə qazanmağa çalışacağıq"

"Qələbə qazanacağımızı ümid edirik". Matc.az saytının məlumatına görə, bu sözlər "Sevilya"nın vitse-kapitanı Serxio Eskudero deyib.

30 yaşlı sol cinah müdafiəçisi Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın qonağı olacaq.

Qarşılaşmadan əvvəl təşkil edilən mətbuat konfransında Eskudero qələbə qazanmağı hədəflədiklərini bildirib: "Qalib gəlmək üçün hazırlaşmışıq. Bunun üçün bütün gücümüzü ortaya qoyacağıq".

- "Qarabağ"ın futbolçularından kimləri fərqləndirərdiniz?

- Biz qrup şəklində hazırlaşmışıq. Bütün diqqətimizi bunu üzərinə cəmləmişik.

- Ardıcıl 4-cü səfər qələbəsini qazanmaq çətin olmayacaq?

- Futbolda istənilən rəqiblə qarşılaşmaq asan deyil. Xüsusən də, səfər meydanında bu çox çətindi. Amma yenə də qələbə qazanmağa çalışacağıq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest