Fransa Liqa Kuboku bu mövsüm sonuncu dəfə keçiriləcək. Matc.az xəbər verir ki, bu barədə bu ölkənin Peşəkar Futbol Liqası məlumat yayıb.
 
Məlumatda bu turnirin gələn mövsümdən etibarən keçirilməyəcəyi açıqlanıb. Buna təşkilatçıların oyunların teleyayımı iə bağlı razılığa gələ bilməməsi səbəb göstərilir.
 
Qeyd edək ki, Fransa Liqa Kuboku 1994-cü ildən keçirilir. Bu turnirin qalibi Avropa Liqasına vəsiqə qazanırdı. Liqa Kubokunda ən çox qalib olan komanda isə PSJ-di – 8 dəfə.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest