17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Belarus yığmaları arasında bu gün yoldaşlıq oyunu keçiriləcək. Matc.az xəbər verir ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında saat 17:00-da başlayacaq qarşılaşmanı Tural Qurbanov idarə edəcək.

Hidayət Feyzullayev və Şirmamed Mamedov yan-xətt hakimi olacaq. Dördüncü hakim funksiyasını İslam Məmmədov yerinə yetirəcək.

Bu komandalar arasında sentyabrın 21-də, saat 12:00-da, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək oyunda isə baş hakim Cavid Cəlilov olacaq. Ona Rəhman İmani və Elşad Abdullayev kömək edəcək. Dördüncü hakim Tural Qurbanov olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest