Bu gün milli komandaların FİFA reytinqi açıqlanıb. Matc.az saytı xəbər verir ki, siyahıda dəyişikliklər qeydə alınıb.
211 yığmanın yer aldığı cədvəldə Azərbaycan millisi yerində qalıb. Nikola Yurçeviçin yetirmələri AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Uelsə məğlub olub (1:2), Xorvatiya ilə isə bərabərə qalıb (1:1). İki ay əvvəl açıqlanan reytinqdə olduğu kimi, yenə 109-cu pillədə qərarlaşan komandamız aktivinə əlavə 3 xal yazdırıb.
Millimiz və "qonşuları"
107 (104). Niger - 1201
107 (107). Keniya – 1201
109 (108). Farer adaları - 1191
109 (109). Azərbaycan – 1191
111 (111). Mərkəzi Afrika Respublikası – 1184
112 (116). Mozambik - 1181
113 (118). Koreya DR - 1176
Yığmamızın AVRO-2020-nin seçmə mərhələsindəki rəqibləri yerlərini dəyişib. Xorvatiya və Macarıstan geriləyibsə, Uelslə Slovakiya irəliləyişə nail olub.
Millimizin rəqibləri
8 (7). Xorvatiya – 1625
23 (24). Uels - 1522
29 (31). Slovakiya - 1493
50 (45). Macarıstan - 1430
Dünyanın ən güclü 10 komandasının siyahısında da yerdəyişmələr olub. Düzdü, ilk "10-luq"da yeni ad yoxdu. Ancaq burda komandalar arasında mövqe dəyişiklikləri olub. Belçika liderliyini qoruyubsa, Fransa ikinci pilləni yenidən Braziliyadan alıb.
İlk "onluq"
1 (1). Belçika – 1752
2 (3). Fransa – 1725
3 (2). Braziliya – 1719
4 (4). İngiltərə - 1662
5 (6). Portuqaliya – 1643
6 (5). Uruqvay – 1639
7 (9). İspaniya – 1631
8 (7). Xorvatiya – 1625
9 (8). Kolumbiya - 1622
10 (10). Argentina – 1614
Qeyd edək ki, qonşu Türkiyə millisi 1475 xalla siyahıda 1 pillə irəliləyərək, 36-cı yerdə qərarlaşıb.