"Monako" yenidən baş məşqçi postunda dəyişiklik edə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, hazırkı çalışdırıcı Leonardo Yardimin qovulması istisna deyil.

Knyazlıq klubunun rəsmiləri komandanın mövsümün əvvəlindəki nəticələrindən razı deyil. Hətta Yardimin alternativi də hazırdı. Klub rəhbərliyi bu posta Klod Pyueli gətirməyi planlaşdırır.

Qeyd edək ki, məşqçilik karyerasında ilk klubu "Monako" olan Pyuel 1999-2000 mövsümündə Fransa çempionluğunu qazandırıb. O, bu ilin fevralında "Lester"dən qovulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest