Portuqaliya çempionatında IX turun oyunları keçirilir. Matç.az saytı xəbər verir ki, Avropa Liqasında "Qarabağ"ın rəqibi olan "Sportinq" səfərdə "Santa Klara" ilə qarşılaşıb.

İlk yarıda qapısında qol görən Lissabon təmsilçisi fasilədən sonra vurduğu qollarla əzmkar qələbə qazanıb. 62-ci dəqiqədə Bas Dost penalti ilə hesabda tarazlıq yaradıbsa, 13 dəqiqə sonra Akuna qələbə qolunu vurub – 2:1.

Qeyd edək ki, 9 oyundan sonra xal hesabını 19-a çatdıran "Sportinq" bu qələbə ilə 2-ci pilləyə yüksəlib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest