"Səkkiz il Avropada olsam da, heç yerdə belə soyuqla qarşılaşmamışdım. Lakin bədənim bu temperatura tez öyrəşdi". Matç.az saytının məlumatına görə, bunu "Astana"nın yarımmüdafiəçisi Pedro Enrike deyib.

Braziliyalı futbolçu Qazaxıstan mətbuatına verdiyi geniş müsahibədə bu ölkənin çempionatını Azərbaycan Premyer Liqası ilə müqayisə edib: "Qazaxıstanda hələ çox oynamamışam. Ancaq bu ölkə ilə Azərbaycan çempionatı fərqlidi. Azərbaycanda az sayda komanda var. Ancaq çempionatlarda səviyyə, demək olar ki, eynidi. Qazaxıstanda olduğu kimi, orda da infrastrukturu yaxşı olmayan klublar var. Mənim üçün isə ən vacibi odu ki, "Qarabağ"la da ölkə çempionu olmuşam".

Qeyd edək ki, Pedro Enrike ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest