"Barselona"nın yarımmüdafiəçisi Usman Dembele zədəsini sağaldıb. Matc.az xəbər verir ki, 22 yaşlı futbolçu kollektivlə birgə məşqlərə başlayıb.

Fransa millisinin üzvü baş məşqçi Ernesto Valverdenin şans verəcəyi təqdirdə, La Liqanın V turunun "Qranada" ilə matçında iştirak edə bilər.

Qeyd edək ki, sabah keçiriləcək "Qranada" – "Barselona" görüşü Bakı vaxtı ilə 23:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest