Futbol üzrə İran çempionatında 4-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən klublar - "Traktor"la "Maşinsazi" də növbəti matçına çıxıb.
 
"Maşinsazi" səfərdə "Paykan"la qarşılaşıb. 8 qolun qeydə alındığı qarşılaşma təbrizlilərin məğlubiyyəti ilə başa çatıb – 2:6.
 
Təbrizin daha məhşur "Traktor" klubu isə doğma meydanda "Qohar"la qarşılaşıb. Cənubi Azərbaycan təmsilçisi bu görüşdə minimal hesabla üstün olub – 1:0.
 
"Traktor" hazırda 8 xalla 16 kollektiv arasında 3-cü, "Maşinsazi" isə 3 xalla 14-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest