Futbol üzrə Küveyt Premyer Liqasında ilk turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Kamal Mirzəyevin formasını geyindiyi "Əl-Salmiyə" klubu da yeni mövsümdə ilk matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda "Əl-Ərəbi" ilə üz-üzə gəlib. Altı qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib – 3:3.

Artıq mövsümün ilk turunun rəmzi komandası da açıqlanıb. Simvolik komandada Mirzəyev də yer alıb. 24 yaşlı dayaq yarımmüdafiəçisi ilk turun ən yaxşı 11 futbolçusundan biri seçilib.

​

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest