Avropa Liqasında iştirak edən futbolçuların reytinq siyahısı açıqlanıb. Matc.az xəbər verir ki, qrup mərhələsinin ilk turundan sonra ən yüksək indeksə malik futbolçu Klaudiu Keserudu. "Lüdoqorets"in hücumçusu 3252 xal toplayıb. "Gent"in üzvü Conatan David 3058 xalla 2-ci yerdə qərarlaşıb.

Azərbaycan çempionu "Qarabağ"ın yer aldığı A qrupunun ən yaxşısı Danel Sinanidir. "Düdelanj"ın yarımmüdafiəçisi 2999 xalla ümumi siyahıda 3-cüdü.

Reytinqin ən yaxşı Azərbaycan futbolçusu Pavel Paşayevdi. "Aleksandriya"da çıxış edən legioner qrupda mübarizə aparan yeganə Azərbaycan klubu "Qarabağ"ın bütün futbolçularını arxada qoyub. Turnirin 421-cisi olan müdafiəçinin hesabında 456 xal var. 374 xala malik İsmayıl İbrahimli 466-cı pillədə qərarlaşmaqla Azərbaycan təmsilçiləri arasında ikinci yerdədir. 364 xallı Qara Qarayev ondan 11 addım geridədi.

Premyer Liqanın ən yaxşı üç futbolçusu siyahısında İ.İbrahimli və Q.Qarayevlə birlikdə Xayme Romero da yer alıb. Hesabında 363 xal olan ispaniyalı reytinqin 479-cusudu.

Qeyd edək ki, I turda "Qarabağ"a 3:0 hesabı ilə qalib gələn "Sevilya"nın ən yaxşı nümayəndəsi Franko Vaskes 2048 xala malikdir. O, cədvəldə 34-cüdü. Ondan bir pillə geri qalan Oliver Torres komanda yoldaşından 10 xal az toplayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest