"Real"ın keçmiş prezidenti Ramon Kalderon maraqlı açıqlama ilə diqqət çəkib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, o, 10 il əvvəl Kriştianu Ronaldonun transfer hekayəsindən bəhs edib.

Maraqlıdı ki, Kalderon portuqaliyalı superulduzun məhz onun əməyi sayəsində alındığını bildirib: "Ronaldonu "Real"a gətirən adamın mən olduğumu zaman-zaman təkrarlamaq lazım deyil. Hazırkı prezidentin ən yaxşı transferinin Ronaldo olduğunu deməsi məni üzür. Başqalarının əməyini özünə götürmək kiçiklikdi. "Real" başqasının sayəsində 9 il dünyanın ən yaxşı futbolçusunu heyətində oynadıb. Florentino Peres prezident təyin olunanda Ronaldonu transfer etmək istəmirdi. Daha əvvəl imzaladığımız anlaşmanı pozmağa çalışdı. Ronaldo da bu barədə bilirdi".

Qeyd edək ki, Kriştianu Ronaldo ötən il "Real"ı "Yuventus"a dəyişib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest