"Fikrimcə, Belarus millisi Avropa çempionatının ilkin seçmə mərhələsinə tam hazır komandadı. Xüsusən də, atletik baxımdan çox güclüdülər. İlk qarşılaşmada olduğu kimi, güclü külək şəraitində keçən oyundan heç bir fayda götürmədik".

"Qələbə münasibətilə rəqibi təbrik edirəm". Matc.az saytı xəbər verir ki, bunu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Vüqar Məmməd deyib.

çalışdırıcı Belarusla bu gün keçirilən yoldaşlıq görüşündən sonra fikirlərini bölüşüb: "Fikrimcə, Belarus millisi Avropa çempionatının ilkin seçmə mərhələsinə tam hazır komandadı. Xüsusən də, atletik baxımdan çox güclüdülər. İlk qarşılaşmada olduğu kimi, güclü külək şəraitində keçən oyundan heç bir fayda götürmədik. Heç vaxt təslim olmamalıyıq. Böyük əzmkarlıqla, birlikdə səhvlərimizi aradan qaldırmaq üçün çalışmalıyıq".

Vüqar Məmməd futbolçuların özlərindən yaşca yuxarı liqalarda oynamalarının vacibliyini vurğulayıb: "Bu gün iki məsələ çox önəmlidi. Birincisi futbolçuların fiziki durumunu yüksəltmək, ikincisi isə mütləq şəkildə mövcud yaş liqasında yox, özlərindən yaşca yuxarı liqalarda oynamalıdılar".

Qeyd edək ki, oyun Belarusun 2:0 hesablı qələbəsi ilə nəticələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest