Futbol üzrə Rusiya çempionatının 1-ci divizionunda 14-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin formasını geyindiyi "Ximki" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə Voronej "Fakel"i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:0.
 
Kamran da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib. Cari mövsümdə 5 qol vuran azərbaycanlı forvard bu dəfə fərqlənə bilməyib. Amma 45+1-ci dəqiqədə o, sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.
 
"Ximki" 14 turdan sonra 33 xalla 20 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest