Futbol üzrə Latviya çempionatında 29-cu turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi "Liepaya" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Spartak"la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 2:4.
 
Vüqar da bu matçın iştirakçısı olub. O, 63-cü dəqiqədə meydana buraxılıb. Cari mövsümdə 8 qol vuran futbolçumuz bu oyunda fərqlənə bilməyib.
 
"Liepaya" hazırda 29 xalla 9 komanda arasında 6-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest