Futbol üzrə Almaniya Bundesliqasında 5-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bazar günü daha iki görüş baş tutub. 

Turun mərkəzi görüşü Frankfurt şəhərində keçirilib. "Ayntraxt" klubu doğma azarkeşləri qarşısında Dortmund "Borussiya"sını qəbul edib. Dörd qolun qeydə alındığı bu qarşılaşmada qalib müəyyənləşməyib. 

Münhenqladbax "Borussiya"sı isə "Fortuna" ilə ev oyunundan qalib ayrılıb.

Almaniya Bundesliqası
5-ci tur

20 sentyabr

Şalke – Maynts 2:1
Qol: S.Sərdar, 36. Harit, 89 – Onisivo, 74.

21 sentyabr

Bayer – Yunion 2:0
Qol: Volland, 20. Alario, 25.

Bavariya – Köln 4:0
Qol: Levandovski, 3; 48. Koutinyo, 62. Perişiç, 73.

Frayburq – Auqsburq 1:1
Qol: Holer, 23 – Nyederlexner, 39.

Herta – Paderborn 2:1
Qol: Dilrosun, 10. Volf, 52 – Zolinski, 54.

Verder – Leyptsiq 0:3
Qol: Orban, 13. Sabitser, 35. Sarakki, 83.

22 sentyabr

Borussiya (Münhenqladbax) – Fortuna 2:1
Qol: Turam, 74; 87 – Kasim, 6.

Ayntraxt – Borussiya (Dortmund) 2:2
Qol: A.Silva, 43. Delaney, 88-öz qapısına – Vitsel, 11. Sanço, 66.

23 sentyabr

22:30 Volfsburq – Hoffenhaym

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest