Futbol üzrə Fransa çempionatında 6-cı tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə üç görüş baş tutub.
"Renn" – "Lill" görüşündə qalib müəyyənləşməyib. "Anje" isə "Sent-Etyen"i darmadağınla yola salıb.
Turun mərkəzi görüşündə Lion "Olimpik"i doğma azarkeşləri qarşısında PSJ ilə qarşılaşıb. Paris təmsilçisi bu oyundan minimal hesabla qalib ayrılıb.
Fransa Liqa 1
6-cı tur
20 sentyabr
Strasburq – Nant 2:1
Qol: Linard, 66. Ayorke, 89-pen – Kulibali, 28.
21 sentyabr
Olimpik (Marsel) – Monpelye 1:1
Qol: Jerman, 74 – Sarr, 17-öz qapısına.
Bordo – Brest 2:2
Qol: Briand, 6. Pablo, 69 – Qrandsir, 20. Autret, 45+1.
Mets – Amyen 1:2
Qol: Diallo, 68 – Jirassi, 39. Dibassi, 54.
Nitsa – Dijon 2:1
Qol: Dolberq, 29. Atal, 47 – Tavares, 22.
Nim – Tuluza 1:0
Qol: Filippoto, 39.
Reyms – Monako 0:0
22 sentyabr
Renn – Lill 1:1
Qol: Hunou, 68 – İkone, 47.
Anje – Sent-Etyen 4:1
Qol: Kapelle, 48. Ninqa, 78; 84; 89 – Nordin, 34.
Olimpik (Lion) – PSJ 0:1
Qol: Neymar, 87.