La Liqanın V turunda "Sevilya"nın qonağı olan "Real" 1:0 hesablı qələbə qazanıb. Matc.az saytının məlumatına görə, "kral klubu" bununla xallarının sayını 11-ə çatdırıb.

Qarşılaşmada diqqət çəkən məqam "Sevilya"nın doğma arenada rəqib çərçivəsinə bir dəfə də olsun zərbə endirə bilməməsidi. Bu isə 2016-cı ildən bəri ilk belə hadisədi. "Real" axırıncı dəfə məhz üç il əvvəl "Real Sosyedad"la görüşdə (3:0) qapısına tərəf zərbə vurulmasına imkan verməmişdi.

Qeyd edək ki, hazırda "Atletik"lə birlikdə liderliyi bölüşən "Real" VI tur çərçivəsində sentyabrın 25-də "Osasuna"nı qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest