"Bavariya" Almaniya Bundesliqasının V turunda "Köln"ü məğlub edib. Matc.az xəbər verir ki, 4:0 hesabı ilə bitən görüş Münhen təmsilçisinin futbolçusu Filipp Koutinyo üçün əlamətdar olub.

Belə ki, "Köln"lə matçda qol vuran Koutinyo futbol tarixində Avropanın 4 böyük liqasında fərqlənən 5-ci futbolçu olub. Braziliya millisinin üzvü daha əvvəl "Liverpul"la İngiltərə Premyer Liqasında, "Barselona" ilə İspaniya La Liqasında, "İnter" ilə də İtaliya A seriyasında fərqlənib.

Qeyd edək ki, "Bavariya" Koutinyonu yay fasiləsində "Barselona"dan icarəyə götürüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest