İngiltərə Premyer Liqasının VI turunda "Liverpul"la qarşılaşan "çelsi" meydanı məğlub tərk edib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "zadəganlar" bununla evdə qələbəsiz oyunlar seriyasını davam etdirib.

Təsadüfi deyil ki, London təmsilçisi bu mövsüm "Stemford Bric"də keçirdiyi 4 oyunun 2-də məğlub olub, 2-də heç-heçə ilə kifayətlənib. Baş məşqçi Frank Lempard isə 1988-ci ildən bəri mövsümün ilk 4 ev oyununda qələbə üzü görməyən ilk çalışdırıcı olub.

Qeyd edək ki, "çelsi" Premyer Liqada 8 xalla 11-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest