İtaliya A seriyasının IV turunda "İnter"lə qarşılaşan "Milan" məğlub olmasına (0:2) baxmayaraq, baş məşqçi Marko Campaolo ilə bağlı radikal qərar verilməyəcək. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, rəhbərlik onu qovmaq fikrində deyil.

Qarşılaşmadan sonra məşqçi korpusu, futbolçu kollektivi, eyni zamanda texniki direktor Paolo Maldini və idman direktoru Frederiko Massaro bir araya gəlib, fikir mübadiləsi aparıblar. Söhbət zamanı baş məşqçiyə heç bir ultimatum verilməyib, sadəcə, vəziyyətdən çıxış yolu axtarılıb.

Qeyd edək ki, "Milan" hazırda 6 xalla 12-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest