"Tobol"un Qazaxıstan Premyer Liqasının XXVII turunda "Şaxtyor"la matçının ən yaxşı futbolçuları müəyyənləşib. Azərbaycan millisinin qapıçısı Emil Balayev növbəti dəfə ən yaxşılar arasında yer alıb.

"Tobol"un Qazaxıstan Premyer Liqasının XXVII turunda "Şaxtyor"la matçının ən yaxşı futbolçuları müəyyənləşib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan millisinin qapıçısı Emil Balayev növbəti dəfə ən yaxşılar arasında yer alıb.

Komandasının 1:0 hesablı qələbəsinə "seyv"ləri ilə töhvə verən 25 yaşlı qolkiper Jaba Kankava ilə birlikdə 3-cü yeri bölüşüb. Onlar hərəyə 260 xal toplayıb. çərçivəyə ünvanlanan 4 topu da dəf edən Balayevin bir qurtarışını Instat superseyv kimi qiymətləndirib.

Qarşılaşmada "Tobol"un ən yaxşı futbolçusu Fernander Kassay (299) seçilib. İkinci yeri isə Ruslan Valiullin (287) tutub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest