"Nike" şirkəti İngiltərənin "Liverpul" klubunun texniki sponsoru ola bilər. Matc.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, "qırmızılar" ABŞ şirkəti ilə razılığa gəlməyə yaxındı. 
 
Klubla şirkətin razılığa gələcəyi halda, imzalanacaq müqavilənin İngiltərə üçün rekord məbləğdə olacağı bildirilir.
 
Mersisayd təmsilçisinin hazırkı sponsoru "Nyu Balans"la müqaviləyə görə, klub bir mövsüm üçün 45 milyon funt-sterlinq qazanır. Müqavilənin müddəti 2020-ci ilin iyununa qədər nəzərdə tutulub.
 
İngiltərə Premyer Liqasındakı ən yüksək ödənişli müqavilə "Adidas" şirkəti ilə "Mançester Yunayted" arasındadır. Bu müqaviləyə görə, "qırmızı şeytanlar" bir mövsüm üçün 75 milyon funt-sterlinq qazanır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest