Futbol üzrə UEFA Millətlər Liqasının 2020/21 mövsümünün təqvimi açıqlanıb. Matc.az xəbər verir ki, ikinci dəfə keçiriləcək yarış yenə 4 divizionda baş tutacaq.
 
A, B və C liqalarında 16 komanda mübarizə aparacaq. Onlar gələn il martın 3-də təşkil olunacaq püşkatmada hərəsində 4 yığma olmaqla 4 qrupa bölünəcək.
 
D liqasında 7 komanda çıxış edəcək. Avropanın ən zəifləri birində 4, digərində 3 yığma olan iki qrupa bölünəcək.
 
A liqası: Portuqaliya (son qalib), Hollandiya, İngiltərə, İsveçrə, Belçika, Fransa, İspaniya, İtaliya, Bosniya və Herseqovina, Ukrayna, Danimarka, İsveç, Xorvatiya, Polşa, Almaniya, İslandiya
 
B liqası: Rusiya, Avstriya, Uels, çexiya, Şotlandiya, Norveç, Serbiya, Finlandiya, Slovakiya, Türkiyə, İrlandiya, Şimali İrlandiya, Bolqarıstan, İsrail, Macarıstan, Rumıniya
 
C liqası: Yunanıstan, Albaniya, Monteneqro, Gürcüstan, Şimali Makedoniya, Kosovo, Belarus, Kipr, Estoniya, Sloveniya, Litva, Lüksemburq, Ermənistan, Azərbaycan, Moldova, Qazaxlstan
 
D liqası: Cəbəllütarıq, Farer adaları, Latviya, Lixtenşteyn, Andorra, Malta, San-Marino
 
Reqlamentə əsasən, A liqasının qrup qalibləri final mərhələsində mübarizə aparmaq hüququ qazanacaqsa, sonuncuları B liqasına gedəcək.
 
B liqasında 1-ci yer sahibləri A liqasına yüksələcəksə, sonuncu 4 komanda C liqasına yuvarlanacaq.
 
Azərbaycan millisinin də çıxış edəcəyi C liqasında qrup birinciləri B liqasına yüksəlmək hüququ qazanacaq. Sonuncu yer tutan 4 yığma pley-offda D liqasına düşən 2 uğursuzu müəyyənləşdirəcək. Bu iki uğursuzu D liqasında qrup qalibi olanlar əvəzləyəcək.
 
UEFA Millətlər Liqası
2020-ci il
 
Qrup mərhələsinin püşkatması
3 mart, Amsterdam (Hollandiya)
 
I tur
3-5 sentyabr
 
II tur
6-8 sentyabr
 
III tur
8-10 oktyabr
 
IV tur
11-13 oktyabr
 
V tur
12-14 noyabr
 
VI tur
15-17 noyabr
 
2021-ci il
Final mərhələsi
2-6 iyun

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest