I divizionda V turun təyinatları müəyyənləşib. Matc.az xəbər verir ki, Peşəkar Futbol Liqası qarşılaşmaları idarə edəcək hakimlərin adlarını açıqlayıb.

Premyer Liqa hakimlərindən üçü bu dəfə I diviziona göndərilib. ötən həftəsonu elitada "Neftçi" - "Keşlə" oyununda ədaləti təmin edən İnqilab Məmmədov bu dəfə "Keşlə"nin ikinci komandasının oyununda iş başında olacaq.

"Zirə" - "Qarabağ" qarşılaşmasının baş hakimi Rauf Cabarov "Qaradağ Lökbatan" – "Qarabağ-2" oyununu idarə edəcək.

Rəvan Həmzəzadə isə MOİK – "Turan Tovuz" görüşündə fit çalacaq.

 

I divizion

V tur

26 sentyabr (cümə axşamı)

15:00. "Səbail-2" – "Zaqatala"

Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Kərim Zeynalov, Etibar Həsənov

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi:Eldəniz Musayev

"ASCO Arena"

15:30. "Qaradağ Lökbatan" – "Qarabağ-2"

Hakimlər: Rauf Cabarov, Kamran Bayramov, Elmin Süleymanov, Cahangir Yusifzadə

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi:Seymur Səlimli

Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

15:30. "Neftçi-2" – "Sabah-2"

Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Pərvin Talıbov, Kamranbəy Rəhimov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi:Mübariz Hüseynov

Bakı Olimpiya Stadionu (ehtiyat meydança)

27 sentyabr (cümə)

15:30. "Kəpəz" – "Ağsu"

Hakimlər: Rövşən Rəcəbov, Elman Kərimov, Səbuhi Əmrahov, Namiq Bəkirov

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi:Erkin Hüseynov

Gəncə şəhər stadionu

15:30. MOİK – "Turan Tovuz"

Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Nahid Əliyev, Cahangir Yusifzadə

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi:Asif Əliyev

Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

15:30. "Keşlə-2" – "Sumqayıt-2"

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Elxan Əsgərzadə, Rəşad Əhmədov

Hakim-inspektor: Ruhulla Kərimov

AFFA nümayəndəsi:İlham Əliyev

"ASK Arena"

 

Qeyd: bu turda "Zirə-2" istirahət edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest