İngiltərə Liqa Kubokunda "Kolçester"ə məğlub olan "Tottenhem" mübarizəni dayandırıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, oyundan sonra fikirlərini bölüşən London klubunun baş məşqçisi Mauritsio Poçettino dəyişikliyə ehtiyac duyduqlarını bildirib.

Argentinalı mütəxəssis qış fasiləsində heyətin gücləndirilməsinin vacibliyini vurğulayıb: "Bizə vaxt lazımdı. Yanvarda bu vəziyyəti düzəltmək üçün yaxşı fürsətimiz olacaq. Hər mövsüm yeni bir şey ortaya çıxarmaq, fərqli həllər tapmaq lazımdı ki, uğurlu çıxışı davam etdirəsən. Dəyişikliklərə ehtiyacımız var və bunları etmək niyyətindəyik".

Qeyd edək ki, 0:0 hesabı ilə başa çatan "Kolçester" - "Tottenhem" oyununda aşağı liqa təmsilçisi penaltilə seriyası ilə qalib gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest