"Neftçi" Premyer Liqanın 6-cı turunda qarşılaşacağı "Qəbələ" ilə matçın hazırlığını davam etdirir. Matc.az xəbər verir ki, komanda bu gün öz bazasında məşqə çıxıb.
Hazırlıq sabah da bir məşqlə davam edəcək.
Xatırladaq ki, sentyabrın 28-də Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ" – "Neftçi" oyununa saat 17:00-da start veriləcək.