Futbol üzrə Ukrayna kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi "Aleksandriya" da bu turnirdə növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Dinaz"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
 
Pavel bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest