"Yuventus"un sabiq baş məşqçisi Massimiliano Alleqri yenidən sevimli peşəsinə qayıda bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, italiyalı mütəxəssis İngiltərə Premyer Liqasının 3 klubunun maraq dairəsindədi.

Belə ki, "Tottenhem", "Arsenal" və "Mançester Yunayted" mümkün baş məşqçi dəyişikliyi zamanı Alleqrini bu posta gətirməyi planlaşdırır. Hətta onun bir neçə aydı ingilis dili kursuna getdiyi də bildirilir.

Qeyd edək ki, Massimiliano Alleqri 2014-2019-cu illərdə "Yuventus"u çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest