Bosniya mətbuatı "Qarabağ"ın qapıçısı Asmir Beqoviçin Ağdam klubundakı uğurlu çıxışı barədə yazı dərc edib. Matc.az-ın məlumatına görə, sportsport.ba saytı bosniyalı qolkiperin yay transfer pəncərəsi dövründə İngiltərənin "Bornmut" klubundan "Qarabağ"a keçməklə doğru qərar verdiyini yazıb:
 
"Bizim təcrübəli qapıçımız yeni komandasına uyğunlaşa və onlara uğur gətirə bilib. Beqoviç tədricən bir neçə il əvvəlki yaxşı formasına qayıdır. O, yeni komandasında bir neçə əla oyun keçirib".
 
Yazıda Azərbaycan Premyer Liqasının dünən keçirilən "Qarabağ" – "Sumqayıt" matçında (2:0) da Beqoviçin qapısını toxunulmaz saxladığı bildirilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest