Portuqaliyanın "Sportinq" klubunun yeni baş məşqçisi məlum olub. Matc.az xəbər verir ki, Lissabon təmsilçisinin "sükan"ı Jorje Silaşa tapşırılıb. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 43 yaşlı mütəxəssislə müddəti mövsümün sonuna qədər olan sözləşmə imzalanıb.
 
"Sportinq"də bir müddət əvvəl baş məşqçi Marsel Kayzer vəzifəsindən ayrılmışdı. Komanda Portuqaliya çempionatında 6 turdan sonra 8 xalla 7-ci sırada qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest