Azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi "Slaviya" çexiyanın gənclər liqasında növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, sözügedən komanda 8-ci tur çərçivəsində doğma meydanda "Pribram"la qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1. Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 71-cu dəqiqədə əvəzlənib. Cari mövsümdə 5 qol vuran futbolçumuz bu oyunda fərqlənə bilməyib.
 
"Slaviya"nın U-21 komandası 8 turdan sonra 15 xalla 16 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest