"Sabah"ın iki futbolçusu – Təmkin Xəlilzadə ilə Rocer Roxas mövsümün əvvəlində seçdiyi forma nömrəsini dəyişmək qərarına gəlib. Matc.az saytının məlumatına görə, Təmkin mövsümün əvvəlindən 21, Rocer isə 19 nömrəli forma altında çıxış edirdi.
 
Lakin bu gün "Sabah"ın Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində qarşılaşdığı "Səbail"lə oyunu üçün açıqladığı heyətdə Rocerin 21, Təmkinin isə 19 nömrəli forma ilə sifariş olunması diqqətimizi çəkdi. Məlum oldu ki, futbolçular öz nömrələrini dəyişməyə qərar veriblər. Peşəkar Futbol Liqasından alınan xüsusi icazə nəticəsində onlar mövsümün qalan hissəsində məhz yeni nömrəli formalarla mübarizə aparacaqlar.
 
Qeyd edək ki, Roxas "Sabah"a bu yay transfer olunub. 29 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb. Honduraslı futbolçu ölkəsinin millisində 32 oyun keçirib, 3 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest