"Bavariya"nın hücumçusu Robert Levandovski Almaniya Bundesliqasında yeni rekord müəyyənləşdirib. Matc.az xəbər verir ki, polşalı futbolçu çempionatın 6 turu ərzində rəqib qapılarından 10 qol keçirib.
 
İlk 5 matçda 9 dəfə fərqlənən 31 yaşlı forvard 6-cı tur çərçivəsində səfərdə "Paderborn"a 3:2 hesabı ilə qalib gəldikləri qarşılaşmada da adını tabloya yazdırmağı bacarıb. Bu isə Bundesliqa tarixində ilk 6 tur çərçivəsindəki ən məhsuldar göstəricidi.
 
Levandosvkiyə qədər yalnız 4 futbolçu - Yupp Haynkes, Herd Müller, Peter Meyer və Lotar Matteus ilk 6 tur əzində 9 qol vurmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest