"Keşlə" klubunun Müşahidə Şurasının sədri Zaur Axundov Premyer Liqanın VI turunda "Zirə" üzərində qazanılan 2:0 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb. Matcaz xəbər verir ki, o, komandasının şanslarını dəyərləniridib.

- Hər iki komanda gözəl futbol nümayiş etdirdi. Afişa və marağına görə, turun ən baxımlı oyunu idi. Komandanı təbrik etdim. Yuxarı pillələrdə qalmaq üçün vacib qələbə idi. "Zirə"yə həmişə böyük hörmətlə yanaşmışam. Onlar da yaxşı oynadı, ancaq bu, futboldu.

- "Keşlə" yuxarı pillələrdə qərarlaşıb. Bu yerlərdə sona qədər qala biləcəksiniz?
- Sonuncu yerdəki komanda qalib gələndə 4-5-ci yerə qədər yüksəlir. Hələ heç nə bilmək olmaz. Komandalar bir-birinə yaxındı. Bu da çempionatın gərginliyindən xəbər verir. "Sumqayıt"la oyunumuz qalıb. Uşaqlara dedim ki, vaxt azdı, həmin oyuna hazırlaşın.

- ötən il komandadan kəskin şəkil narazı idiniz. Bu mövsüm göstərilən oyun və gələn legionerlərdən razısınız?
- Əsas odu ki, komandada mehribanlıq var. Keçən ilə belə şey yox idi. Komandada mehribanlıq və nizam-intizam var. Nizam-intizam olandan sonra nəticə də olur. Əsas bunun üzərində işləyirik. Taktiki planda isə baş məşqçimiz və onun köməkçiləri var, çalışırlar.

- "Keşlə"nin əsas məqsədi nədi? "Qarabağ"la çempionluq uğrunda mübarizəyə qoşula bilərsiniz?
- "Qarabağ" adlı-sanlı komandadı. Qurban Qurbanovun komandasına Avropa Liqasında "Düdelanj"la oyunda qələbə arzu edirəm. "Qarabağ" ölkəmizi Avropada layiqincə təmsil edir. Biz bu mübarizə barədə fikirləşmirik. Hələ öz oyunumuzu təkmilləşdirməliyik ki, bu səviyyədə qalaq. Hələ bunu fikirləşmirəm. Təbii ki, hər klub rəhbəri istəyər ki, komandası yuxarı yerlərdə olsun, nəticə qazansın. Ancaq çempionat yeni başlayıb. Müəyyən boşluqlar var ki, məşqçilər korpusu bunun üzərində işləməlidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest