Futbol üzrə Rusiya çempionatının 1-ci divizionunda 15-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin formasını geyindiyi "Ximki" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Baltika" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
 
Kamran da bu görüşün iştirakçısı olub. O, 43-cü dəqiqədə meydana buraxılıb. Cari mövsümdə 5 qol vuran azərbaycanlı forvard bu dəfə fərqlənə bilməyib.
 
"Ximki" 15 turdan sonra 33 xalla 20 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest