Gürcüstan yüksək liqasında XXIX turun oyunları keçirilib. Matc.az saytının məlumatına görə, azərbaycanlı futbolçu Fuad Bayramovun komandası "Rustavi" səfər görüşünə çıxıb.

Komanda autsayder "Vit Corciya"nın qonağı olub. Start heyətində meydana daxil olan Bayramov 90 dəqiqəni əvəz edilmədən keçirib. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

ümumiyyətlə, Fuadın yüksələn performansı "Rustavi"nin məşqçilər korpusu və rəhbərliyinin ürəyincədi. Onlar yarımmüdafiəçinin çıxışından razıdılar.

Qeyd edək ki, "Rustavi" 34 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest