Azərbaycan Premyer Liqasının 6-cı turunda "Qarabağ"la qarşılaşan "Sumqayıt" bir günlük istirahətin ardından "Keşlə" ilə oyunun hazırlığına start verib. Matc.az xəbər verir ki, komanda baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında bu gün saat 16:00-da "Kapital Bank Arena"nın ehtiyat meydançasında məşqə çıxıb.
 
1,5 saat davam edən hazırlıq prosesi yüngül fiziki hərəkətlər və bəzi toplu çalışmalarla davam edib. Məşqə ikitərəfli oyunla yekun vurulub.
 
Qeyd edək ki, "Sumqayıt" - "Keşlə" qarşılaşması 5 oktyabr, saat 17:00-da "Kapital Bank Arena"da keçiriləcək. Matç CBC Sport telekanalı ilə canlı yayımlanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest