Türkiyənin "Qazişəhər Qaziantep" futbol klubunun adı dəyişdirilib. Matc.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
 
Super Liqa təmsilçisinin prezidenti Mehmet Büyükekşi klub saytına açıqlamasında bildirib ki, "Qazişəhər Qaziantep" bundan sonra yeni adla "Qaziantep" Futbol Klubu olaraq fəaliyyətini davam etdirəcək.
 
Qeyd edək ki, "Qaziantep" bu mövsümdən etibarən Türkiyə Super Liqasında mübarizə aparır. Rumıniyalı Marius Şumudiçanın rəhbərlik etdiyi kollektiv hazırda 10 xalla üçüncü pillədə qərarlaşıb. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest