Futbol üzrə Latviya çempionatında 31-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi "Liepaya" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Yelqava" ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.
 
Vüqar bu matçın iştirakçısı olmayıb. Cari mövsümdə 8 qol vuran futbolçumuz sonadək ehtiyatda qalıb.
 
"Liepaya" hazırda 32 xalla 9 komanda arasında 6-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest