Rusiyanın "Zorki" klubunun baş məşqçisi Serey Yuranın gözü Moskva "Spartak"ındadı. 50 yaşlı mütəxəssis "Spartak" çalışdırmaq istəyində olduğunu açıqlayıb. Yuran bildirib ki, Oleq Kononovun istefasından sonra bu postu tutmağa hazırdı.

Rusiyanın aşağı liqa təmsilçisi "Zorki" klubunun baş məşqçisi Serey Yuranın gözü Moskva "Spartak"ındadı. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, 50 yaşlı mütəxəssis "Spartak"ı çalışdırmaq istəyində olduğunu açıqlayıb.

Paytaxt klubuna həm futbolçu, həm də məşqçi kimi xidmət göstərmiş Yuran bildirib ki, Oleq Kononovun istefasından sonra bu postu tutmağa hazırdı: "Mövsümün sonuna qədər müvəqqəti baş məşqçi kimi işləmək imkanım olsa, buna razılıq verərəm. Orda necə işləyəcəyimi də bilirəm".

Qeyd edək ki, Sergey Yuran 2011-12 mövsümündə ölkəmizdə "Simurq"u çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest