"Barselona" "Napoli"nin yarımmüdafiəçisi Fabian Ruizin transferində israrlıdı. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, artıq İtaliya klubu da oyunçusunu satmağa hazırdı.

Qarşı tərəfin israrını nəzərə alan neapollular 23 yaşlı futbolçusunun transfer qiymətini açıqlayıb. Yayda İspaniya millisinin üzvünü 45 milyon avroya "Real"a satmayan A seriyası təmsilçisi "Barselona"dan 80 milyon avro tələb edib.

Qeyd edək ki, "Napoli"yə ötən il 30 milyon avro müqabilində "Betis"dən keçən Fabian Ruizin müqavilə müddəti 2023-cü iin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest